Ancelina Coli keçmiş həyat yoldaşı ilə bir yerdə - Fotolar

Ancelina Coli keçmiş həyat yoldaşı ilə bir yerdə - Fotolar
1066 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı Conni Li Millerlə birlikdə görüntülənib.

Axşam.az xəbər verir ki, aktrisa Kaliforniya ştatının Beverly Hills şəhərində Conni ilə şam yeməyində olarkən paparatsilərə tuş gəlib.

Xatırladaq ki, Bred Pittlə boşandıqdan sonra bir neçə dəfə müğənni The Weekndlə görülən Ancelinanın həyatında kiminsə olub-olmadığı maraq doğurur. Lakin o, mövzu ilə bağlı verilən sualları cavabsız qoyub.

Qeyd edək ki, Ancelina ilə Conni 1996-1999-cu illərdə evli olub. Cütlük "Hakerlər" filminin çəkiliş meydançasında tanış olduqdan 1 il sonra nikah masasına əyləşib. İkili ötən il də Conninin Nyu-Yorkda yerləşən evində bir araya gəlib.