2022-ci ildə dəbli görünmək üçün bu aksesuarları taxın

2022-ci ildə dəbli görünmək üçün bu aksesuarları taxın
6670 dəfə oxunub
  • A-
  • A
  • A+

2022-ci ilin başlaması ilə qarderobunuzda bir az dəyişiklik etməli olacaqsınız. Artıq pələng ilində hansı geyimlərin, çantaların, hətta rəngin dəbdə olacağını sizinlə bölüşmüşük. Bu dəfə isə aksesuarlardan söhbət açacağıq.

Axşam.az tərzinizi tamamlayarkən seçməli olduğunuz kiçik detalları təqdim edir.

3. Kəmərlər

Əgər kəmər almaq istəyirisinizsə, o zaman mümkün qədər qalın olanlarına üstünlük verin. Növbəti il üçün geyimləri korse kəmərlərlə tamamlamaq sizin dəb haqqında məlumatlı olduğunuzu ortaya qoyacaq.

2. İncilər

Bu il olduğu kimi incilər yenə modanın mərkəzində yer alacaq. İncilərlə bəzədilmiş saç aksesuarları, qolbaqlar, çantalarda və ya geyimlərdəki kiçik detallar sizi daha incə göstərəcəkdir.

3. Çantalar

Kiçik ölçülü, mini çantalar 2021-ci ildə ön planda yer alırdı. Və əgər siz bundan bezib daha böyük çantalar taxmaq istəyirsinizsə, o zaman sizə şad xəbərimiz var. Növbəti il ölçüləri nisbətən böyük olan və tüklü çantalar dəbdə olacaqdır.

4. İri zəncirli qolbaqlar

2022-ci ildə tərzinizi mirvari zəncir aksesuarlarla tamamlayın. Xüsusilə bu tip qolbaq modellərin iri və parlaq detalları sizi daha da dəbli göstərəcəkdir.

5. Təbii daşlardan hazırlanan üzüklər

Təbii daş sevənlər, növbəti ildən böyük və rəngli üzüklərlə tərzinizi rahatlıqla tamamlaya bilərsiniz.