Amerikalı rejissor, aktyor, kino tənqidçisi Piter Boqdanoviç 82 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə "Variety" jurnalı məlumat yayıb.
Bildirilib ki, rejissor ötən gün Los-Ancelesdəki evində Parkinson xəstəliyinin ağırlaşması səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Boqdanoviç “Hədəflər” (1968), "Sonuncu şəkil şousu" (1971), "Nə olub, doktor?" (1972), "Kağız ay" (1973) kimi bir çox filmin rejissoru olub.
O, "Sonuncu şəkil şousu" filminə görə rejissorluq və ssenari də daxil olmaqla səkkiz Akademiya Mükafatı nominasiyasına namizəd olub. "Kağız ay" filmi isə Boqdanoviçə "Ən Yaxşı Rejissor" nominasiyası üzrə "Qızıl Qlobus Mükafatı"nı qazandırıb. O, "Xəyallarının arxasınca qaç" (2007) sənədli filminin rejissoru kimi ən yaxşı musiqi filmi nominasiyasında "Qremmi" mükafatı da alıb.