Dünyaca məşhur 24 yaşlı model Kayli Cennerin repçi sevgilisi Travis Skottdan 2-ci övladı olacağını təsdiqləyib.
Axşam.az xəbər verir ki, bu barədə model İnstaqram səhifəsində foto paylaşaraq bildirib. Görüntüdə Kaylinin qarnının şişməsi diqqətdən yayınmayıb.
Sosial şəbəkə istifadəçiləri cütlüyü bu münasibətlə təbrik edib.
Qeyd edək ki, Kayli Cennerin repçi sevgilisi Travis Skottdan 3 yaşlı Stormi adlı qızı da var.