Onu "qul kimi" işlətdiyini deyib, məhkəməyə verdi

Onu "qul kimi" işlətdiyini deyib, məhkəməyə verdi
1300 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyalı modelyer Viktoriya Bekhem keçmiş işçisi tərəfindən məhkəməyə verilib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Kristina Kubilene adlı qadının modelyer tərəfindən həddindən artıq çox iş görməyə vadar etməsi olub. Onun iddialarına görə, modelyer onu gün ərzində 15 saat "qul kimi" işləməyə məcbur edib və bunun nəticəsində o, yaralanıb.

O, biləyindən aldığı zədə səbəbindən əməliyyat olunduğunu və buna görə Viktoriyadan təzminat tələb etdiyini bildirib.

Modelyer iddianın ardından açıqlama yayaraq, əgər bir zədə varsa, bu, onun səhlənkarlığı ucbatından baş verdiyini vurğulayıb.

Kristinanın açdığı təzminat davası Londonda payızda başlayacaq.

Qeyd edək ki, Viktoriya dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşıdır.