Məşhur amerikalı aktyor hoteldə ölü tapıldı

Məşhur amerikalı aktyor hoteldə ölü tapıldı
614 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı komediya ustası Bob Saget Amerikanın Florida ştatının Orlando şəhərində qaldığı hotel nömrəsində vəfat edib.

Axşam.az xəbər verir ki, polis tərəfindən aparılan ilkin araşdırma zamanı aktyorun ölümündə hər hansı zorakılıq əlamətlərinin olmadığı bildirilib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məhkəmə-tibbi ekspertizadan sonra bəlli olacaq.

Qeyd edək ki, Bob “Full House” serialında canlandırdığı Denni Tanner rolu və "America's home videos" proqramı ilə məşhurluq qazanıb.