Cansu Rihannanın keçmiş sevgilisi ilə eşq yaşayır - Fotolar

Cansu Rihannanın keçmiş sevgilisi ilə eşq yaşayır - Fotolar
4321 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Cansu Dere ilə amerikalı dünya çempionu, qılıncoynadan Maylz Çemli-Uotsonun eşq yaşadığı iddia edilib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, bir neçə dəfə jurnal çəkilişləri üçün bir araya gələn cütlüyün artıq iki aydır münasibətdə olduğu bildirilib. Tərəflər hələlik mövzu ilə bağlı rəsmi açıqlama verməyib.

Xatırladaq ki, Maylz bundan əvvəl məşhur müğənni Rihanna ilə münasibətdə olub. 

Qeyd edək ki, Cansu hazırda "Sadakatsiz" serialında baş rollardan birini canlandırır.