Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 137 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 74 266 nəfər COVID-19 infeksiyasına yoluxub, 39 226 nəfər isə sağalıb.