Türkiyəli müğənni Sinan Akçıl aktrisa həyat yoldaşı Burcu Kıratlı ilə evliliyi barədə danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi hazırda münasibətlərində problem olduğunu etiraf edib:
"Hər evlilikdə yaşana biləcək problemlərimiz var. Hər gün danışırıq, həll etməyə çalışırıq. Hazırda Leventdə yerləşən evdə Burcu qalır, mən başqa evdə yaşayıram. Nə qərar alacağıq bilmirəm. Bu boşanmaq da ola bilər, yenidən eyni evdə yaşamaq da ola bilər. Burcu iki dəfə aşiq olub, evləndiyim qadındır. Məndə yeri tamam başqadır. İkinci dəfə evlənəcək qədər dəyər verdiyim biridir".
Qeyd edək ki, cütlük ötən ilin fevral ayında ikinci dəfə evlənib. Onlar hazırda körpə ilə bağlı fikir ayrılığı yaşadığı üçün münasibətlərində problem yaranıb. Sinan ata olmaq istəsə də, həyat yoldaşı onunla həmfikir deyil.