Meqan Foks ərə gedir - Video

Meqan Foks ərə gedir - Video
1237 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktrisa, model Meqan Foksla sevgilisi reper Kolson Beyker evlilik yolunda ilk addımı atıb.

Axşam.az xəbər verir ki, ifaçı iki gün əvvəl Meqana evlilik təklifi edib. Həmin anın görüntülərini sosial media hesabında paylaşan model sevgilisinə "hə" cavabı verdiyini açıqlayıb.

Meqanın nişan üzüyü brilyant və zümrüd daşlarından hazırlanıb. "Sən və mən" adlı üzüyün dəyərinin 50 min dollarla 75 min dollar arası olduğu bildirilir.

Qeyd edək ki, bu, əvvəlki münasibətindən bir qızı olan Kelli ilk, Meqanın isə ikinci evliliyi olacaq. Model daha öncə aktyor Brayn Ostin Qrinlə ailə qurub, daha sonra isə boşanıblar.