Əfsanəvi müğənni xərçəngdən öldü

Əfsanəvi müğənni xərçəngdən öldü
1809 dəfə oxunub
  • A-
  • A
  • A+

"The Ronettes" rok-n-rol qrupunun təsisçilərindən biri, əsl adı Veronika Bennet olan amerikalı əfsanəvi müğənni Ronni Spektor vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçinin ailəsi məlumat yayıb.

Xərçəng xəstəliyindən əziyyət çəkən müğənni 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Veronika qrupu 2 bacısı ilə birlikdə yaradıb. 1960-cı illərdə məşhurlaşan qrup "Be my baby" və "Walking in the rain" mahnıları ilə uğur qazanıb.