Dünyaca məşhur repçi Snup Doq yeni biznes qurur.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 50 yaşlı repçi "Snoop Doggs" adlı hot-doq brendini yaratmaq istəyir.
Onun vəkilləri artıq ticarət nişanının qeydə alınması üçün ABŞ-ın Patent və Marka Bürosuna müraciət ediblər. Sənətçi hot-doq və kolbasa məhsullarının satışı ilə məşğul olacaq.
Qeyd edək ki, Snup Doq 2016-cı ildə Cimmi Kimmelin proqramında qonaq olarkən hot-doqun hazırlanma qaydasını görmüşdü. O, videoya baxdıqdan sonra bir daha hot-doq yeməyəcəyini demişdi.