Elşad Xose də efirə çıxmaq üçün pul istəyir - Video

Elşad Xose də efirə çıxmaq üçün pul istəyir - Video
1756 dəfə oxunub
  • A-
  • A
  • A+

Repçi Elşad Xose də kanallarda yayımlanan verilişlərə çıxmaq üçün qonorar tələb edən məşhurlar siyahısına qoşulub.

Axşam.az xəbər verir ki, bu barədə aparıcı Kazım Sübhan sosial şəbəkədə yayımladığı videoda deyib. O bildirib ki, repçini proqramına çağırsa da, sənətçi ondan qorar istəyib:

"Elşad Xoseni verilişimə dəvət etdim. Dedi ki, sənə çox böyük hörmətim var, amma verilişlərə artıq qonorarla çıxacam. Bu sayca 3-cü ifaçıdır ki, kanallara belə bir təklif irəli sürür. Xatirə İslam, Natavan Həbibi və Elşad Xose... Hər kəsin fikrinə və qərarına böyük hörmətim var. Xarici kanallardan eşidib, icra etmək istəyirlər, amma bu belə yox, rəsmi şəkildə olur. Bu günə qədər elələri oldu ki, əldə etdiyi uğurları televiziya sayəsində qazandı. İndi elə bir məqama çatmısınız ki, kanallardan qonorar istəyirsiniz. Axı hər şey zamanında qarşılıqlı olub. İndi belə bir iddia irəli sürmək düzgün deyil. Sıfırdan sənətə gələndə deməli idiniz ki, ancaq qonorarla efirə çıxacam".