Çıxışlarının dayandırılmasının Ukraynadakı vəziyyətlə əlaqəli olduğu təsdiqləndi

Çıxışlarının dayandırılmasının Ukraynadakı vəziyyətlə əlaqəli olduğu təsdiqləndi
730 dəfə oxunub
  • A-
  • A
  • A+

"Metropoliten-opera" musiqili teatrı Rusiyanın Xalq artisti Anna Netrebkonun Nyu-Yorkdakı silsilə çıxışlarının Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlara görə ləğv edildiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən açıqlamada A.Netrebko aprel və mayda Cakomo Puççininin “Turandot” operasında, eləcə də növbəti mövsümdə Cüzeppe Verdinin “Don Karlos” operasında teatrda nəzərdə tutulan tamaşalar cədvəlindən çıxarıldığı bildirilib.

Vurğulanır ki, ukraynalı opera müğənnisi Lyudmila Monastyrskaya "Turandot" operasında rusiyalı ifaçını əvəzləyəcək. "Don Karlosda" isə Annanı kimin əvəz edəcəyi barədə hələlik məlumat verilməyib.

Eyni zamanda, bildirlib ki, baş verənlərin teatr və opera üçün böyük sənət itkisidir. A.Netrebko "Metropoliten-opera" tarixinin ən böyük müğənnilərindən biridir.

Qeyd edək ki, A.Netrebko Xalq artisti Yusif Eyvazovun həyat yoldaşıdır.