Ukraynadakı səfirliyimiz vətəndaşlara müraciət etdi

Ukraynadakı səfirliyimiz vətəndaşlara müraciət etdi
1066 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda Ukraynanın paytaxtı Kiyev və Xarkov şəhərində güclü atışma gedir. Ona görə də bu şəhərlərdən Azərbaycan vətəndaşlarını təxliyə etmək üçün xüsusi qatarların təşkili hələ ki mümkün deyil.

Axşam.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən daxil olan məlumatda bildirilir.

“Bir neçə dəfə Azərbaycan vətəndaşları xüsusi qatarla bir neçə dəfə Xarkov və Kiyevdən Moldova sərhədinə, Lvov şəhərinə təxliyə olunub. Hazırda Ukraynanın paytaxtı Kiyev və Xarkov şəhərində güclü atışma gedir. Ona görə də bu şəhərlərdən Azərbaycan vətəndaşlarını təxliyə etmək üçün xüsusi qatarların təşkili hələ ki mümkün deyil. Səfirlik yaranmış vəziyyətlə bağlı Azərbaycan vətəndaşlarını Ukraynanın daxili dəmiryolu reyslərindən istifadə etməklə təhlükəli əraziləri tərk etməyə çağırıb. Bu məqsədlə martın 4-də bütün Ukrayna ərazisində qatarların hərəkəti cədvəlini paylaşıb. Hərəkət cədvəli ilə bu linkdən tanış olmaq olar. 

Səfirlik vətəndaşlarımızı bu qatarlardan istifadə etməklə Ukrayna ilə həmsərhəd ölkələrə gəlmələrini xahiş edir: “Sərhədə gələn vətəndaşlarımız səfirliyimizin əməkdaşları tərəfindən qarşılanacaq, onların heç bir ödəniş olmadan qonşu ölkələrə keçməsinə yardım ediləcək”.

Azərbaycanın Ukraynadakı səfirliyi, həmçinin hazırda soydaşlarımızın bu ölkədən təxliyəsi ilə məşğul olan şəxslərin nömrələrini yayımlayıb:

Azərbaycanın Kiyevdəki Səfirliyi: Ceyhun Məmmədov +380442773489

Mahmud Qurbanov  +48 795 759 534 (WhatsApp), +380 67 768 9272, +380 66 635 6155 və +380 67 738 1592

Ukraynanın Xarkov şəhərində Fəxri konsulluq: Malik Dursunov +380 50 323 9483, Murad Ömərov +380675782141 , Əfqan Salmanov +380577000531

Azərbaycanın Moldovakı səfirliyi: +373 781 81 361, +373 789 91 849, +373 222 32 277

Azərbaycanın Polşadakı səfirliyi: 0048576900183 saylı qaynar xəttinə bağlı yaxud vatsap nömrəsi, o cümlədən [email protected] imeylinə müraciət etmək olar.