"Hörümçək adam" məşhur öpüşmə səhnəsindən danışdı: "Boğulurdum"

"Hörümçək adam" məşhur öpüşmə səhnəsindən danışdı: "Boğulurdum"
2842 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Tobi Maquayr 2002-ci ildə lentə alınan "Hörümçək adam" filminin çəkilişləri zamanı yaşadığı çətin anlardan danışıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor "Meri Ceyn" obrazına həyat verən aktrisa Kristen Danstla məşhur öpüşmə səhnəsində boğulduğunu açıqlayıb:

"Yağış burnumdan içəri gedirdi, sonra Kristen maskanı burnuma çəkdi və burun dəliyim bağlandı, nəfəs ala bilmədim. Çox çətin idi, səhnənin sonunda təngnəfəs olmuşdum. Elə bil işgəncə idi. Oksigenin necə vacib olduğunu həmin vaxt anladım".