Türkiyədə 7 yaşlı İsmayılın yazdığı şeir sosial mediada maraqla qarşılanıb
Axşam.az xəbər verir ki, anası oğlunun yazdığı misraları paylaşaraq təəccübünü ifadə edib. Digər maraqlı məqam isə müğənni Ufuk Beydemirin həmin şeiri bəstələyərək mahnı oxuması olub.
O, bu barədə instaqram hesabında paylaşaraq sətrləri görəndən sonra özünü saxlaya bilmədiyini qeyd edib.
İstər misralar, istərsə də ifa izləyicilər tərəfindən bəyənilib. Onlar 7 yaşlı uşağın istedadına heyran qalaraq bu ifanı eşidəndən sonrakı təəsüratlarını bölüşüblər.
