Türkiyəli müğənni Hakan Pekerin son halı diqqət çəkib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klip çəkilişindən öncə müsahibə verən 61 yaşlı sənətçi üzündəki dəyişikliklə marağa səbəb olub. Tanınmaz halda olan müğənniyə sosial şəbəkə izləyiciləri "Estetik etdirib" kimi şərhlər yazıblar.
H.Peker haqqında çıxan iddialara instaqram hesabında cavab verib:
"Estetik etdirməmişəm, doğru işıq və doğru çəkilişdir".