Türkiyəli aktrisa Aslı Ənvər şəxsi həyatıyla bağlı danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa müsahibəsi zamanı 5 aydır eşq yaşadığı iş adamı Öndər Öztarhanla ayrılığı barədə açıqlama verib:
"Vaxt vacib şeydir. Biri-birimizə zaman ayıra bilmədik".
Qeyd edək ki, ötən ay münasibətini sonlandıran cütlük evlənməyə hazırlaşırdı. Ənvər daha əvvəl isə müğənni Murad Bozla münasibətdə olub.