Ötən gün səhnə alan komediya ustası Deyv Çappelle izləyicilərdən birinin hücumuna məruz qalıb.
Axşam.az xəbər verir ki, hadisə Los-Ancelesdə "Hollywood Bowl"da baş verib. Sənətçinin çıxışı zamanı səhnəyə qalxan 23 yaşlı Isaiah Lee adlı şəxs onu yerə yıxdıqdan sonra qaçmağa çalışsa da zərərsizləşdirilib. Polisin məlumatına görə, hücum zamanı onun üzərində başında bıçaq olan saxta tapança olub.
Hadisənin ardından zaldakı gərginliyi azaltmaq üçün orada olan komediyaçı Kris Rok mikrofonu götürərək "O, Uill Smit idi" deyə soruşub. "Oskar" mükafatlandırma mərasimində qarşılaşdığı hadisəni xatırladan Krisin zarafatı zalda gülüşlə qarşılanıb.
Qeyd edək ki, Deyvin bir müddət əvvəl işlətdiyi transfobik şərhlər tənqid hədəfinə çevrilib.
