Türkiyəli aktyor Kaan Yıldırımın yeni fotoları müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, şəkillərini instaqram hesabında paylaşan aktyorun əzələləri izləyicilərin diqqətini çəkib. Kaanın yeni görünüşünü sevgilisi Hande Erçelə borclu olduğunu bildiriblər. Bu dəyişikliyi aktyorun yeni layihəsi ilə əlaqələndirənlər də az olmayıb.
Bundan başqa, məlum olub ki, Kaanla Hande birlikdə tətilə yollanacaq. Aktrisa reklam qarşılığında Yunanıstanda gecəsi 15 min lirə olan hoteldə qalmaq təklifini artıq qəbul edib.

