"Dostlar" serialında "Triger" obrazı ilə yadda qalan aktyor Mayk Hagerti 67 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə onun sənət dostları sosial media hesablarında paylaşım edib. Onun ölüm səbəbi dəqiqləşdirilməyib.
Qeyd edək ki, Mayk bir çox komediya janrında olan ekran işlərində və televiziya layihələrində rol alıb.