Türkiyənin "Atv" telekanalında yayımlanan "Destan" serialına yeni simalar daxil olub.
Axşam.az xəbər verir ki, ekran işində Engin Benli, Umut Temizaş və Özgür Koç rol alacaq. Onlar 22-ci bölümdən etibarən ekranda görünəcək.
Xatırladaq ki, Engin sonuncu dəfə "Eşkiya dünyaya hükümdar olmaz" serialında "Yaman" obrazını canlandırıb.
Qeyd edək ki, serialın baş rolunu Ebru Şahin canlandırır.
