"Çelsi"ni 2,5 milyard funt-sterlinqə onlar alır

"Çelsi"ni 2,5 milyard funt-sterlinqə onlar alır
1096 dəfə oxunub
  • A-
  • A
  • A+

Roman Abramoviç "Çelsi"ni 2,5 milyard funt-sterlinqə satır.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, onu milyarder Todd Bouley, iş adamları Mark Ualter və Hanscorq Uyss və Klearleyk Kapital tərəfindən alır. Razılaşma bu ay ərzində baş tutacaq.

Pul Abramoviçin dondurulmuş hesabına gedəcək, lakin o, hamısını xeyriyyəçilik üçün bağışlayacağını vəd edib. Böyük Britaniya icazə versə, o zaman iş adamının sanksiyalar altında olan milyardları ehtiyacı olanlara yardıma xərclənəcək.

Abramoviç Rusiyanın Ukraynaya hücumundan sonra Britaniyanın sanksiyalarına məruz qalıb, onun bütün hesabları bloklanıb.