Türkiyəli aktyor Erdal Özyağcılar sonuncu masahibəsində maraqlı açıqlamalar verib.
Axşam.az xəbər verir ki, aktyor həyatının lentə alınmasını istəmədiyini bildirib:
"İstəmirəm, film olacaq həyatım yoxdur. O filmləri fərqli həyat xətti və taleyi olan insanlar üçün çəkirlər. Mənim həyatımdan film çıxmaz. Amma sənədli film olar. Kitab haqqında isə artıq düşünürəm".
E.Özyağcılar sağlamlığına ciddi fikir verdiyini vurğulayıb:
"Yuxuma çox diqqət edirəm. Səkkiz-doqquz saat yatmadan çəkiliş meydançasına və ya işə getdiyimi xatırlamıram. Yeməklə də aram əladır, yaxşı da bişirirəm. Əgər kökəlmişəmsə, dietoloqa müraciət edirəm. Son beş-altı ildir gün ərzində iki dəfə yemək yeyirəm. Hərdən çox su içirəm. Ayda bir dəfə gedib təzyiqimi yoxlayıram, lazım olsa analiz verirəm. Hər il dizlərimə iynə vurdururam. Altı aydan bir müayinədən keçirəm. Peşəkaram, özümə yaxşı baxmalıyam. Səhnəyə, çəkiliş meydançasına canlı getməlisən".
O, təsəvvür ediləndən daha artıq təmizkar olduğunu açıqlayıb. O, şampun reklamında çəkilmək istədiyini də qeyd edib:
"Bir makiyaj təmizləmə çantam var ki, görsəz ağlınız dayanar. Makiyajdan əvvəl və sonra krem çəkirəm. Soda spreylərim var. Üzüm və bədənimlə pul qazanıram, sərmayəm budur.
80-ci illərdən bu yana kremlərimi özüm hazırlayıram. İçinə ətir də qoyardım. Makiyajımı çoxlu vazelinli pambıqla silirdim. İndi odekolonlu salfetləri üzlərinə çəkirlər, heç vaxt etməzdim. Şampun reklamı təklifi gəlməsini gözləyirəm. Reklama yaraşıqlı gəncləri qoyurlar, o adama şampun lazım deyil. Mənim saçımdan kimdə var?".