Ötən gün Londonda 75-ci "BAFTA" televiziya mükafatları mərasimi keçirilib.
Axşam.az xəbər verir ki, gecəyə bir çox kino və televiziya ulduzları qatılıb. Onlar arasında Nikola Kohlan ("The Bridgertons"), Oliviya Kolman ("The Crown"), Martin Friman ("Şerlok"), Şuti Qatva ("Seks tərbiyəsi") və başqaları olub.
Gecənin qalibi Şon Bin və Codi Komer seçilib. Onlar "Ən yaxşı aktyor" və "Ən yaxşı aktrisa" nominasiyalarını qazanıblar.
Lüsi Forbesin rol aldığı “Mənim yerimdə” ekran işi "Ən yaxşı dram serialı", Lyuis Arnoldun "Son tarix" layihəsi isə "Ən yaxşı mini serial" seçilib
Nominasiyaların sayına görə lider olan “Bu günahdır” serialı isə gecədə bir mükafata da olsa layiq görülməyib.