Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 8 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 1 542 nəfər COVID-19 infeksiyasına yoluxub, 1 463 nəfər isə sağalıb.