Tanınmış bəstəkarın ikinci oğlu da vəfat etdi

Tanınmış bəstəkarın ikinci oğlu da vəfat etdi
1319 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış avstraliyalı müğənni, bəstəkar Nik Keyvinin ikinci oğlu Cetro Lazenbi 32 yaşında dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı sənətçi təsdiqləsə də təfərrüatları açıqlamayıb.

Xarici medianın məlumatına görə, Cetro anası model Bo Lazenbiyə hücum etdiyi üçün tutulduğu həbsxanadan girov müqabilində sərbəst buraxıldıqdan bir neçə gün sonra vəfat edib. Onun şizofreniyadan əziyyət çəkdiyi bildirilib.

Qeyd edək ki, Cetro Nikin nikahdankənar övladıdır. Onun 31 yaşı var idi. O, modellik, aktyorluq və fotoqraflıqla məşğul olub. Gənc model "Versace" və "Balenciaga" kimi brendlərin podiumunda görünüb.

Nikin Artur adlı oğlu isə 2015-ci ildə 15 yaşında Braytonda qayadan yıxılaraq həlak olub. Nikin daha iki övladı var.

Fotoda: Arturun yıxılaraq öldüyü yer