Hazırda "Yargı" serialında rol alan aktrisa Pınar Dəniz tərəf müqabili Kaan Urqancıoğluyla eşq yaşadıqları haqda çıxan xəbərlərə aydınlıq gətirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa jurnalistlərə müsahibəsi zamanı həmkarıyla dost olduğunu açıqlayıb:
"Kaanla çox yaxşı yola gedirik. 3 ilə yaxındır tanışıq, biri-birimizi daha yaxşı tanımağa başladıq. Çox gözəl münasibətimiz var, bu da izləyiciyə keçir. Amma təbii ki, sadəcə dostuq".