Britni Türkiyədə çəkilən videodan yazdı - "Məni ağlatdı"

Britni Türkiyədə çəkilən videodan yazdı - "Məni ağlatdı"
1739 dəfə oxunub
  • A-
  • A
  • A+

Ana olmağa hazırlaşan məşhur müğənni Britni Spirs yeni paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, Türkiyədə uşaq bağçasında ananın oğluna etdiyi doğum günü sürprizindən görüntüləri paylaşan ifaçı duyğulanıb.

“Bu video məni ağlatdı. Balaca uşağın anasının əlləri ilə nə etdiyinə baxın! Əsl kiçik centlmen demək istəyirəm!” deyə, Britni yazıb.

Qeyd edək ki, sözügedən videoda ana əlində tortla otağa daxil olur. Bunu görən uşaq sevinir, anasını qucaqlayır və əllərini dəfələrlə öpür.