Xəbər veridiyimiz kimi, ötən gecə İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.
Axşam.az-ın məlumatına görə, ilk dəfə Ukraynada müsabiqə bomba sığınacağından şərh olunub. Şərhçi Timur Miroşniçenko həmin anların görüntülərini instaqram hesabında paylaşıb.
Xatırladaq ki, gecədə finala 10 ölkə - İsveçrə, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, Ermənistan vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmli mayın 12-də ikinci yarımfinalda çıxış edəcək. Müsabiqənin finalı isə mayın 14-də olacaq.
