Dünyanın ən böyük ağ almazı gözləntiləri doğrultmadı

Dünyanın ən böyük ağ almazı gözləntiləri doğrultmadı
752 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən böyük ağ almazı satılıb.

Axşam.az xəbər verir ki, 228,31 əyyarlıq “The Rock” adlı daş “Christie’s” tərəfindən keçirilən hərraca qoyulub. Qiymətli daş 18 milyon 800 min dollar müqabilində alıcıya təhvil verilib.

Qeyd edək ki, daş əvvəlki sahibi tərəfindən "Cartier" brendinə məxsus boyunbağıda istifadə olunmuşdu. Onun 30 milyon dollara satılması planlaşdırılsa da bu baş tutmayıb.