Türkiyəli aktyor Aras Bulut İynəmlinin baş rolunu canlandıracağı "Atatürk" serialında rol alacaq simalardan daha birinin kimliyi açıqlanıb.
Axşam.az xəbər verir ki, ekran işində aktyor Sarp Akkaya rol alacaq. O, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatından bəhs edən serialda "Ənvər Paşa"nı canlandıracaq.
Qeyd edək ki, layihədə Arasın tərəf müqabili "Harry Potter" filmindəki obrazıyla dünyada tanınan aktrisa Emma Uatsondur. Anası - Zübeyde xanım obrazına aktrisa Songül Öden, atası- "Ali Rıza Efendi"yə isə Mehmet Günsür həyat verəcək.