İstəyini qəbul etmədikləri üçün çəkilişə getmədi

İstəyini qəbul etmədikləri üçün çəkilişə getmədi
1638 dəfə oxunub
  • A-
  • A
  • A+

"Emanet" serialının çəkilişlərində problem yaşanıb.

Axşam.az xəbər verir ki, baş rollardan birini ifa edən Sıla Türkoğlu mövsüm finalının çəkilişlərinə qatılmayıb.

Belə ki, 3-cü mövsümdə olmaq isəməyən aktrisa bunu prodüser şirkətə bildirib. Lakin ssenariyə əsasən bunun mümkün olmadığı ilə bağlı kanaldan cavab alan Sıla həll yolunu çəkilişlərə qatılmamaqla alıb.

Bu səbəbdn sonuncu bölümdə dublyordan istifadə olunub. Sılanın hansı səbəbdən bu addımı atdığı hələlik bəlli deyil.

Qeyd edək ki, aktrisa ekran işində tərəf müqabili Halil İbrahim Ceyhanla eşq yaşayır. Onlar tez-tez münasibətlərində problem yaşamaqları ilə gündəmə gəlirlər.