Bir neçə gün öncə yollarını ayıran türkiyəli aktyor İbrahim Çelikkolla həyat yoldaşı Mihrenin boşanma protokolu ortaya çıxıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 illik evliliklərini sonlandıran cütlüyün oğlu Alinin vəlayəti anasına verilib. Aktyor oğluna aylıq 9 min 500 lirə aliment və yaşadığı evin kirayəsinə 35 min lirə ödəyəcək.
Bundan əlavə Mihre Beykozda yerləşən əmlaklarının 50 faizini 5 milyon lirə qarşılığında aktyora satıb. Çelikkolun ortağı olduğu şirkətin avtomobili də Mihrenin adına keçirilib.