Mustafa Sandalın toyuna xərcləyəcəyi məbləğ bəlli oldu

Mustafa Sandalın toyuna xərcləyəcəyi məbləğ bəlli oldu
1336 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Mustafa Sandal nişanlısı Melis Sütşurupla iyunun 3-də Romada nikah masasına əyləşəcək.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün toyu isə iyunun 10-da Marmarisdə baş tutacaq.

Sənətçinin toyunda 80 nəfər iştirak edəcək. Sandal qonaqların otelə gəlişi, gecələməsi və toy xərcləri üçün ümumi olaraq 100 min avro (təxminən 176 min manat) ödəyəcək.

Qeyd edək ki, M.Sandal daha öncə müğənni Emine Yahoviçlə evli olub.