Hande 3,5 milyon qazandı

Hande 3,5 milyon qazandı
1053 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Hande Erçel siması olduğu "Atasay" zinət əşyası brendinin yeni kolleksiyası üçün obyektiv qarşısına keçib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni müqaviləsinə əsasən 1.5 milyon lirə (təxminən 166 min 350 manat) məvacib alması nəzərdə tutulan aktrisa bundan əlavə, satışdan da pay alaraq 2 milyon lirə (təxminən 220 min 600 manat) gəlir əldə edəcək.

Qeyd edək ki, bir müddət əvvəl aktrisanın brendin sahibi Atasay Kamərlə eşq yaşadığı iddia edilmişdi. Aktrisa hazırda həmkarı Kaan Yıldırımla sevgilidir.