Ailə qurandan 13 il sonra soyadını dəyişdi - Foto

Ailə qurandan 13 il sonra soyadını dəyişdi - Foto
4184 dəfə oxunub
  • A-
  • A
  • A+

"Soyadımı dəyişdim, 13 illik evlilik həyatımdan sonra bir günlük dəyişdim. Amma qayıdacam öz soyadıma".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova sosial şəbəkə hesabında yazıb. Sənətçi "Qasımova" soyadını dəyişdiyini bildirib.

Onun bir gündən sonra əvvəlki soyadına qayıdacağı isə müzakirələrə səbəb olub. Beləki soyadın geri qaytarılması bir günə baş verə bilmir.

Z.Qasımova Axşam.az-a açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, bunun üçün 1 ay gözləməli olacaq:

"Elə bilirdim bir günlükdür, səhv etmişəm. 1 ay çəkəcək. Neçə ildir evliyəm, vəsiqəmə "evli" yazılmamışdı. Qasımova kimi tanınıram deyə, dəyişmək istəmirdim. Amma "evli" olsun deyə, dəyişdim. İndi yenidən sənəd düzəltməliyəm və 1 ay sonra qayıdacam öz soyadıma".