İranda öldürülən 22 yaşlı Məhsa Əmini ilə bağlı paylaşım etdilər - Fotolar

İranda öldürülən 22 yaşlı Məhsa Əmini ilə bağlı paylaşım etdilər - Fotolar
4781 dəfə oxunub
  • A-
  • A
  • A+

İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmini adlı qızın əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra yerləşdirildiyi xəstəxanada vəfat etməsi ölkədə etirazlara səbəb olub. Artıq bir neçə gündür başlayan kütləvi etirazlara hər gün çox sayda insan qoşulur. 

Axşam.az xəbər verir ki, Azərbaycanda da bununla bağlı paylaşımlar edilib. Sosial şəbəkədə Məhsa Əmini ilə paylaşım edənlər arasında tanınmış simalar da yer alıblar. 

Paylaşım edənlər arasında Əməkdar artist Sevda Ələkbərzadə, müğənnilər Günel Zeynalova, Murad Arif, Nura Suri, aparıcılar Zaur və Günay Baxşəliyeva, Tarix Əliyev, stilist Anar Ağakişiyev, rəqqasə Oksana Rəsulova yer alıb.