"Atam dedi ki, mənim o adda qızım yoxdur"

"Atam dedi ki, mənim o adda qızım yoxdur"
34544 dəfə oxunub
  • A-
  • A
  • A+

"Atamı axtardım, amma məni istəmədi".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun İsmayılova deyib. Rəqsanənin "Göz önündə" yutub layihəsində yer alan Aysun atasını görmək istəmədiyini söyləyib: 

"Ondan atalıq görməmişəm. Yanımdan keçsə, tanımayacam. 12-14 yaşımda nənəmdən xahiş etdim ki, atamı görmək istəyirəm. Çünki hamı deyirdi, Yaşara oxşayırsan. Getdim, heç qabağıma çıxmadı. Əmim idi deyəsən, çıxdı dedi ki, səni görmək istəmir. Dedi ki, mənim o adda qızım yoxdur. Mənim də o adda atam yoxdur".