Hüseyndən Rusiyadan qaçması iddialarına cavab - Foto+Video

Hüseyndən Rusiyadan qaçması iddialarına cavab - Foto+Video
7555 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, azərbaycanlı bloger Hüseyn Həsənov ötən gün gecə saatlarında Rusiyanı tərk edib.

Axşam.az xəbər verir ki, bloger səfərbərlikdən yayınması haqda iddialara sosial şəbəkədə münasibət bildirib. O, instaqramın hekayə bölməsində bunları yazıb:

"Sosial şəbəkədə paylaşdım ki, atamın yanına gedib, qayıdacağam. Mənim yaşadığım öz həyatım, planlaşdırılmış işlərim var. Bir neçə gün sonra qayıdacağam. Rusiyanı sevirəm". 

Daha sonra video paylaşan bloger lazım olduğu halda müharibəyə də gedəcəyini bildirib:

"Mənim iki vətənim var - Rusiya və Azərbaycan. Rusiya doğulduğum və yaşadığm yerdir. Özüm isə azərbaycanlıyam. Vətənimə lazım olsam, orada olacağam".

Qeyd edək ki, Rusiyada qismən səfərbərlik elan edilib. Ölkənin bir sıra şou-biznes nümayəndələrinə və tanınmış şəxslərinə hərbi komissarlıqdan çağırış vərəqəsi göndərilib.