Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçaka ölkənin daha bir qurumundan xəbərdarlıq edildiyi ortaya çıxıb.
Axşam.az xəbər verir ki, jurnalistə qarşı növbəti iddia ölkənin Federal Antiinhisar Xidmətinin Moskvadakı idarəsi tərəfindən irəli sürülüb. Bildirilib ki, təşkilat qanuna zidd olaraq internetdə spirtli içkilərin reklamına görə Sobçaka xəbərdarlıq edib.
Belə ki, Sobçakın kanallarından birində şərab reklamı yayımlanıb. Rusiyadakı mövcud qanuna əsasən isə internetdə spirtli içkilərin reklamı qadağandır. Bundan əlavə, videoda alkoqolun zərərləri ilə bağlı heç bir xəbərdarlıq yoxdur.
Qeyd edək ki, aparıcı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi ( külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir. Sobçakın 15 ilə qədər həbsi nəzərdə tutulur.
Litvanın Dövlət Təhlükəsizlik Departamentinin direktoru Darius Yaunişkis Sobçakın Litvaya İsrail pasportu ilə daxil olduğunu təsdiqləyib. Rusiyalı teleaparıcı Tina Kandelaki də həmkarının İsrail vətəndaşlığına malik olduğunu təsdiqləyən sənədlərini dərc edib. Bəlli olub ki, Sobçak bu il sentyabrın 20-də İsrail pasportu alıb. O, bu ilin 28 martından isə mühacir statusuna malikdir.
Həmçinin, xarici vətəndaşlıqla məlumatı Rusiya Daxili İşlər Nazirliyinə bildirmədiyi üçün onu 200 min rubla qədər cərimələnmə və ya 400 saat islah işləri gözləyir.