Dünyaca məşhur fransız markası "Balenciaga"nın uşaqların yer aldığı fotosessiyası müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, şəkillərdə uşaqların əlində olan oyuncaqlarda porno geyimlərin olması sosial media izləyicilərinin qəzəbinə səbəb olub. Brend buna görə uşaq pornoqrafiyasını yaymaqda ittiham edilib. İzləyicilər brendin simalarının hesablarına şərhlər yazaraq şirkətlə əməkdaşlığı dayandırmağı və reklam üçün olan bütün şəkilləri silməyi tələb ediblər.
Moda brendinə qarşı başladılan kampaniya nəticəsində qalmaqal böyüyüb. Nəticədə şirkətin kreativ direktoru Demna Qvasalia üzr istəyib, lakin bu təsirli olmayıb. Bu səbəbdən o şərhləri bağlamağa məcbur olub.
Artıq brendin son kampaniyalarından birində rol alan model Bella Hadid fotoları instaqram hesabından silib. Lakin "Balenciaga" və "Adidas" əməkdaşlıq kampaniyası çərçivəsində çəkilən fotoların silinməməsi izləyicilərin narazılığını azaltmayıb.