"Həyatımda illərdir danışmadığım insan var. Sabah mənə bir şey olsa, istəmərəm gəlsin. Ürəyimi elə qırıb ki... Heç kimin ürəyini qırmamışam. Gücüm nəyə çatıb, yaxşılıq etmişəm. Amma o şəxs qədrimi bilmədi".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rühəngiz Müsəvi "Elgizlə izlə" verilişində deyib. Müğənni bir müddət əvvəl qalmaqal yaşadığı Əməkdar artist Kəmalə Rəhimlidən danışıb. İfaçı ad çəkmədən K.Rəhimlinin ona qarğış etdiyini deyib və kövrəlib:
"Üzümə mənə qarğış edib. Allah İlhaməyə (Xalq artisti İlhamə Quliyeva - red.) rəhmət etsin, ondan betərdir. Bir kanal məni dəvət etdi. Mənim nə günahım var? Kanal istədiyini dəvət edir. Onu çağırmayıblar, o da beyninə nə gəldisə, dedi ki, səni görüm səhərə sağ çıxmayasan. Bütün xəstəliklərim sənə gəlsin (ağlayır). İstəmirəm məni bu cür görəsiniz, amma insanam. Əlimdən pislik gəlmir, yaxşılıq eləmişəm. Yazılar yazdırdı ki, "Rühəngiz mənim efirə çıxmağımı istəmir". Niyə?".
Qeyd edək ki, K.Rəhimli R.Musəvi ilə bağlı müsahibə verərkən "Ruhəngiz mənə qarşı çox böyük bir səhv elədi. Məhz buna görə də onunla əlaqəmi kəsdim. Telekanallara çıxışımı istəmir. Onunla yaxşı vuruşdum. Sözləşdim, dedim, nə ixtiyarla mənim adımdan belə söz demisən? Mənim adımdan başqa yerdə söz danışmışdı, ona görə də ondan bərk incidim" sözlərini söyləyib.