Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin oğlu Bruklin də atası kimi döymə həvəskarıdır.
Axşam.az xəbər verir ki, "The Rundown" nəşrinə müsahibə verən Bruklin hazırda bədənində 30-dan çox döymə olduğunu bildirib. O, bu yaxınlarda həyat yoldaşı Nikola Peltzin böyük bir portretini də qoluna həkk etdirdiyini açıqlayıb:
"Nikolaya həsr olunmuş 20 döyməm var. Onsuz yaşaya bilmədiyin birini tapdıqdan sonra bunları etdirmək çox sadədir. Xanımı hər şeydən çox sevirəm. Həmişə onu xoşbəxt etməyə çalışıram. Atam da həmişə deyirdi ki, onu xoşbəxt etmək üçün əlindən gələn hər şeyi et və ona yalan danışma. Əslində bu doğrudur, xoşbəxt həyat yoldaşı, xoşbəxt bir həyat deməkdir".
Qeyd edək ki, Nikola amerikalı milyarder Nelson Peltzin qızıdır.
