"Kuş uçuşu" serialının 3-cü mövsümünün də çəkilməsinə qərar verilib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, heyət martın 2-də çəkilişlərə start verəcək.
Baş rollarını Birce Akalay, İbrahim Çelikkol, Burak Yamantürk və Miray Danerin paylaşdığı ekran işinin 2-ci mövsümünün çəkilişləri isə yenicə sonlanıb.
Qeyd edək ki, serial "Netflix"də yayımlanır.