"Çöp adam" serialının heyətində dəyişiklik edilib.
Axşam.az xəbər verir ki, ekran işinin heyətində aktrisa Tilbe Saran rol alacaq. O, layihədə psixoloq obrazına həyat verəcək.
Qeyd edək ki, serialın baş rollarını Engin Altan Düzyatan və Elçin Sangu canlandırır.
