Billi Aylişi qorxudan pərəstişkarı saxlanıldı

Billi Aylişi qorxudan pərəstişkarı saxlanıldı
414 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı 21 yaşlı məşhur müğənni Billi Aylişi pərəstişkarından biri narahat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə fevralın 20-də Billinin Los-Ancelesdəki malikanəsində olub. Belə ki, yataq otağının pəncərəsinə yaxınlaşan sənətçi naməlum bir şəxsin belinə qədər soyunaraq ona baxdığını görüb.

Onu görən sənətçi qorxub və dərhal polisə zəng edib. Hüquq-mühafizə orqanları dərhal Reymond Blək adlı şəxsi saxlayıblar. Təhlükəsizlik kamerlarından lentə alınan görüntülərdə onun günboyu Billinin malikanəsinin ətrafında yarıçılpaq vəziyyətdə dolaşdığı üzə çıxıb.

Los-Anceles məhkəməsi pərəstişkara Billi Ayliş və onun valideynlərinin evinə 90 metrdən az məsafədə yaxınlaşmağa qadağa qoyub.