Tanınmış prodüser 101 yaşında vəfat etdi

Tanınmış prodüser 101 yaşında vəfat etdi
446 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı prodüser və "Oskar" mükafatçısı Uolter Miriş vəfat edib.

Axşam.az xəbər verir ki, o, 101 yaşında dünyasını dəyişib. 

Qeyd edək ki, prodüser 1957-ci ildə qardaşları ilə birlikdə "The Mirish Company" film şirkətini qurub. Təşkilat ən yaxşı film nominasiyasında "Oskar" qazanan üç film - "Mənzil" (1960), "Qərb tərəfinin hekayəsi" (1961) və "Gecə yarısı istisi" (1967)) də daxil olmaqla 68 ekran işi istehsal edib. Miriş özü "Çəhrayı Pantera" və "Möhtəşəm yeddilik" kimi animasiya layihələrinin istehsalında iştirak edib.