MakSim konsertini yarımçıq qoydu

MakSim konsertini yarımçıq qoydu
1120 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni MakSimin səhhətində yenidən problem yaranıb.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, sənətçi Xutor kurortundakı konserti zamanı xəstələnib. 

Sözləri çətinliklə tələffüz edən və ayaqüstə güclə dayanan müğənni beşinci mahnıdan sonra səhnəni tələsik tərk edib.

Məsələ ilə bağlı sənətçinin meneceri açıqlama verib:

“Marina xəstələnib. İndi həkimlər onu müayinə edir. İnsanlara xoş əhval-ruhiyyə bəxş etmək üçün son ana qədər konserti ləğv etmək istəmədi. Ancaq bədəni dözmədi. Bütün tamaşaçılara biletlərin pulu geri qaytarılacaq".